İspaniya La Liqasının növbəti turunda "Qranada" ilə qarşılaşacaq "Real" ciddi itki ilə üzləşib.
 
Matc.az İspaniya mətbuatına istinadən xəbər verir ki, "kral klubu"nun futbolçusu Luka Modriç sıradan çıxıb.
 
Sol ayaq əzələsində narahatlıq hiss edən xorvat futbolçu komandanın dünənki məşqinə qatılmayıb. Onun bu gün tibbi müayinədən keçəcəyi bildirilir. 35 yaşlı futbolçunun "Qranada" ilə oyunda iştirak etməyəcəyi ehtimal edilir.
 
"Real" – "Qranada" oyunu sabah, saat 22:45-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest