Futbol üzrə Azərbaycan millisinin və "Sumqayıt"ın sabiq futbolçusu Əli Babayev yenidən ölkəmizdə çıxış edə bilər.
 
Matc.az xəbər verir ki, o, bu barədə "One" nəşrinə "Sumqayıt"dan ayrılmasının səbəbi barədə danışarkən söyləyib:
 
"İsrailə qayıtdığım üçün peşman deyiləm. Amma ailəm Azərbaycanda yaşamağa razılaşsaydı, karyeramı orada başa vurardım. Azərbaycanda uzun müddət oynaya bilərdim. çünki orada hər şey mənim üçün çox yaxşı idi. Yenidən Azərbaycana qayıdacağıma şübhə etmirəm. Hələ də oradakı insanlarla əlaqə saxlayıram. Mənə qazandırdıqlarına görə onları çox sevirəm".
 
30 yaşlı yarımmüdafiəçi hazırda çıxış etdiyi İsrailin "Makkabi" (Petah-Tikva) komandasından ayrılmağa hazırlaşır. 2018-ci ildə "Sumqayıt"da çıxış etmiş Əli Babayev Azərbaycan millisinə də dəvət alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest