Kamerunlu yarımmüdafiəçi Vilfrid Kaptum İspaniyanın "Betis" klubundan ayrılıb.
 
Matc.az xəbər verir ki, 24 yaşlı futbolçu karyerasını MLS-də davam etdirəcək.
 
O, ABŞ-ın "Nyu-İnqlend" klubuna transfer olunub. Bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xatırladaq ki, Kaptum daha öncə icarə əsasında "Almeriya"da da çıxış edib. O, "Barselona"nın yetirməsi olsa da, Kataloniya təmsilçisinin əsas komandasında forma şansı qazanmayıb və 2018-ci ildə "Betis"ə üz tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest