"Barselona"nın hücumçusu Lionel Messi Kataloniya klubunda birlikdə çalışdığı ən yaxşı məşqçilərin adlarını açıqlayıb.
 
Matc.az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı futbolçu, Pep Qvardiolanı və Luis Enrikeni çalışdığı ən yaxşı məşqçilər seçib:
 
"Qvardiola xüsusi biridir. O, hadisələrə fərqli aspektdən baxmağınıza səbəb olur. Oyunlara necə hazırlaşmaq lazım olduğunu, qalib gəlmək üçün necə hücum etməli olduğunuzu izah edir.
 
Həm Qvardiola, həm də Enrike ilə çalışdığım üçün şanslıyam. Onların mənə öyrətdikləri taktiki biliklərlə çox inkişaf etdim".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest