08 Yanvar 2021, 15:38
FUTBOL
Mövsümün ilk yarısında ən çox məhsuldar ötürmə edən “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir olub. O, bu müddətdə 5 məhsuldar ötürməylə yadda qalıb.
Azərbaycan Premyer Liqasında cari mövsümün ilk hissəsində ən çox məhsuldar ötürmə edən futbolçu müəyyənləşib.
Matc.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, mövsümün ilk yarısında ən çox məhsuldar ötürmə edən “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir olub. O, bu müddətdə 5 məhsuldar ötürməylə yadda qalıb.
Zubir “Neftçi”dən Yusuf Laval və “Qəbələ”dən Nikolas Rayseli (hər ikisi 4 məhsuldar ötürmə) qabaqlayıb.