Paqani yerli mətbuata açıqlamasında onları ağır görüşlər gözlədiyini və buna tam hazır olduqlarını bildirib.
"Futbolçuların, demək olar ki, hamısı daxili birincilikdən çağırılıb. ötən həftəsonu ölkə çempionatında oyunlar keçirildiyindən, oyunçularla fiziki hazırlıq üzərində çalışmağa vaxtımız olmadı". Matç.az saytının məlumatına görə, bunu Malta yığmasının fiziki hazırlıq üzrə məşqçisi Luka Paqani deyib.
Maltalılar UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Kosovo və Azərbaycanla keçirəcəkləri oyunların hazırlıqlarını davam etdirir.
Paqani yerli mətbuata açıqlamasında onları ağır görüşlər gözlədiyini və buna tam hazır olduqlarını bildirib: "Məşq prosesimiz yüksək səviyyədə keçir. Futbolçuların klublarındakı çıxışlarını diqqətlə izləmişik. Fiziki cəhətdən həm Kosovo, həm də Azərbaycanla matça hazırıq. Bilirik ki, hər iki komandanın üstün tərəfləri var. Kosovo fiziki, Azərbaycan isə texniki baxımdan güclüdü. Buna uyğun çalışmalarımızı davam etdiririk. Bizi 4 gün ərzində iki ağır görüş gözləyir. Şəxsən mən futbolçularımızın fiziki hazırlığından məmnunam və ardıcıl iki qarşılaşmanı yüksək səviyyədə keçirmək gücündədilər".
Qeyd edək ki, Malta yığması oktyabrın 11-də Kosovonun, 14-də isə Azərbaycanın qonağı olacaq.