Futbol üzrə Türkiyə Super Liqasında 22-ci turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, şənbə günü daha üç görüş baş tutub. 
 
Son çempion "Başakşəhər" bu dəfə doğma meydanda "Hatayspor"u sınağa çəkib və böyük hesabla uduzub.
 
Heyətini Məsut özillə gücləndirən "Fənərbaxça" isə "Rizəspor"la ev oyununda minimal hesabla üstün olub.
 
"Kasımpaşa" da evdə "Kayserispor"a məğlub olub.
 
"Alanyaspor" – "Sivasspor" matçı isə güclü yağış səbəbindən sabaha təxirə salınıb.
 
Türkiyə Super Liqası
22-ci tur
29 yanvar
 
Yeni Malatyaspor – Fatih Karagümrük 0:0
 
Qaziantep – Qalatasaray 1:2
Qol: Maksim, 90+7-pen – Onyekuru, 51; 79.
 
30 yanvar
 
Kasımpaşa – Kayserispor 0:1
Qol: U.Demirok, 90+3.
 
Başakşəhər – Hatayspor 1:5
Qol: Kamara, 80-öz qapısına – Diuf, 11; 57. Akintola, 21-pen. Bupendza, 43-pen; 68.
 
Alanyaspor – Sivasspor matçı təxirə salınıb
 
Fənərbaxça – Rizəspor 1:0
Qol: Akkan, 45+1-öz qapısına.
 
31 yanvar
 
14:30 Ərzurumspor – Ankaragücü
17:00 Gənclərbirliyi – Antalyaspor
17:00 Dənizlispor – Göztəpə
20:00 Beşiktaş – Trabzonspor

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest