İngiltərə çempionu "Liverpul" ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, Premyer Liqa nəhənginin müdafiəçisi Joel Matip uzun müdddətə sıradan çıxıb.
 
Bu barədə komandanın baş məşqçisi Yurgen Klopp klubun mətbuat xidmətinə açıqlamasında bildirib. O, ayağı zədəli halda oynadığı üçün vəziyyətini ağırlaşdıran kamerunlu futbolçunun bu mövsüm meydana çıxa bilməyəcəyini bəyan edib. 29 yaşlı oyunçu ən yaxşı halda növbəti mövsümün əvvəlində oynamağa hazır olacaq.
 
Qeyd edək ki, Matip 2016-cı ildən "Liverpul"da çıxış edir. Kamerun yığmasının sabiq üzvü daha öncə yalnız "Şalke"də oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest