"Qarabağ"ın Mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat gerçəkləşib.

"Qarabağ"ın Mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat gerçəkləşib.
 
Matc.az xəbər verir ki, uzun müddətdir boş qalmış vəzifə tanınmış jurnalist Gündüz Abbaszadəyə həvalə olunub.
 
O, bu vəzifədə Nurlan İbrahimovu əvəzləyib.
 
Qeyd edək ki, UEFA Dağlıq Qarabağ münaqişəsi zamanı feysbukda ermənilərlə bağlı paylaşımına görə İbrahimovu futboldan ömürlük kənarlaşdırıb. Həmçinin "Qarabağ" 100 000 avro məbləğində cərimələnib.
 
Xatırladaq ki, Nurlan İbrahimovla bağlı İdman Arbitraj Məhkəməsinə də müraciət olunub. İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest