Futbol üzrə İran çempionatında 14-cü turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Traktor" da növbəti matçına çıxıb.
 
Təbriz klubu doğma meydanda "Persepolis"lə qarşılaşıb. "Traktorçular" bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
 
Cənubi Azərbaycanın digər təmsilçisi "Maşinsazi" klubu isə bu turda "Peykan"ın qonağı olacaq.
 
14 turdan sonra 19 xalı olan "Traktor" 16 kollektiv arasında 6-cı, 4 xala malik "Maşinsazi" isə sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest