Son olaraq "Mançester Yunayted"də çıxış edən Odion İqalonun yeni ünvanı bilinib.
 
Matc.az xəbər verir ki, nigeriyalı hücumçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
 
İqalo sözügedən ölkənin "Əl Şabab" klubuna keçib. Bu barədə Ər-Riyad təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İqalo ilə 2,5 illik müqavilə imzalanıb.
 
İqalo ötən ilin yanvarında çinin "Şanxay Şenxua" klubundan icarə əsasında "Mançester Yunayted"ə keçmişdi. O, İngiltərə təmsilçisində 23 oyunda 5 qol vurub, 1 qolun ötürməsini verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest