"Napoli" klubunun bir futbolçusunda koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə, müdafiəçi Fauzi Qulamın koronavirus testinin müsbət çıxdığı bildirilib.
 
Əlcəzair millisinin də üzvü olan Qulam təcrid olunub və onun müalicəsinə başlanılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest