Futbol üzrə Türkiyə Super Liqasında 24-cü tura start verilib.
	Matc.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
	Açılış matçında "Kasımpaşa" "Hatayspor"u qəbul edib. Görüş qonaqların 4:1 hesablı qələbəsiylə başa çatıb. Son çempion "Başakşəhər" doğma meydanda "Fatih Karagümrük"ə uduzub.
	Turun mərkəzi görüşü İstanbulda keçirilib. Qış transfer pəncərəsi dövründə heyətini Məsut özillə gücləndirən lider "Fənərbaxça" doğma meydanda ən yaxın izləyicisi "Qalatasaray"ı qəbul edib. İstanbul derbisinin taleyini bir qol həll edib. "Qalatasaray" əzəli rəqibinə minimal hesabla qalib gəlib.
	Türkiyə Super Liqası
	24-cü tur
	6 fevral
	Kasımpaşa – Hatayspor 1:4
	Qol: Kize-Telin, 56 – Bupendza, 44. Aabid, 72. çanli, 84. Kamara, 90+1.
	Alanyaspor – Rizəspor 2:1
	Qol: Talbi, 25. Pektemek, 90+5 – Bareyro, 32.
	Başakşəhər – Fatih Karagümrük 0:1
	Qol: Durmaz, 52.
	Fənərbaxça – Qalatasaray 0:1
	Qol: Abdallah, 54.
	7 fevral
	14:30 Ərzurumspor – Kayserispor
	17:00 Ankaragücü – Sivasspor
	17:00 Dənizlispor – Antalyaspor
	20:00 Beşiktaş – Konyaspor
	8 fevral
	17:00 Qaziantep – Göztəpə
	20:00 Yeni Malatyaspor – Trabzonspor
				
         	
                                             
               
            
 










