Türkiyənin "Konyaspor" klubunun baş məşqçisi İsmayıl Kartal istefaya göndərilib.
 
Matc.az xəbər verir ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.
 
60 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. O, 2020-ci ilin sentyabrından Super Liqa təmsilçisinə başçılıq edirdi.
 
Qeyd edək ki, son turda səfərdə "Beşiktaş"a 0:1 hesabı ilə uduzan "Konyaspor" 22 oyundan sonra 24 xalla 15-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest