İspaniyanın "Atletiko" klubunun iki futbolçusunda koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə komandanın yarımmüdafiəçiləri Tomas Lemar və Hektor Herreranın COVİD-19 testinin pozitiv nəticə verdiyi diqqətə çatdırılıb. Hər iki futbolçu 10 günlük karantinə alınıb.
 
Bununla da "Atletiko"da koronavirusa yoluxanların sayı 6-ya çatıb. Yanvarın 30-da Yannik Karrasko və Mario Hermoso, fevralın 3-də Joao Feliks, fevralın 4-də Mussa Dembelenin də koronavirusa yoluxduğu açıqlanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest