Xorvatiyanın Split şəhərində ulduz futbolçular arasında futzal turniri keçirilib. Matç.az xəbər verir ki, Dino Petrinoviçin xatirəsinə həsr olunan sayca 17-ci ənənəvi turnirdə həmişəki kimi 4 komanda mübarizə aparıb.

Azərbaycanın "Qarabağ" klubunda çıxış edən Filip Ozobiç də turnirin iştirakçısı olub. Onun heyətində yer aldığı "Kauri" yarışın qalibi olub.

Ozobiçin komandası yarımfinalda Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliçin rəhbərlik etdiyi "Tropik"i 7:2 hesabı ilə məğlub edib.

Maraqlıdı ki, Daliç finalda "Tennis"in "sükanı arxası"nda olan Robert Yarniyə qoşulub və komandaya 3 məşqçi rəhbərlik edib. Həlledici görüşü 4 min tamaşaçı izləyib.

Niko Krançar kimi tanınmış futbolçunun da yer aldığı Ozobiçin komandası 5:2 hesabı ilə qalib gəlib. Bununla da "Qarabağ"ın futbolçusu vətənində keçirilən yarışın çempionu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest