"Roma" klubunun əfsanəvi futbolçusu Françesko Totti 48 yaşında İtaliya A Seriyasına qayıtmağın astanasından döndüyünü etiraf edib. Keçmiş hücumçuya ölkə çempionatında çıxış edən "Cenoa" və "Komo" klublarından ciddi təkliflər gəlsə də, o, yaşıl meydanlara dönməkdən son anda imtina edib.
Matc.az xəbər verir ki, bu barədə "Sporx" portalı məlumat yayıb.
Bildirilir ki, "Cenoa" rəhbərliyi ilə şəxsən danışıqlar apardığını bildirən Totti ona gələn təklifin kifayət qədər ciddi olduğunu vurğulayıb. Təklifdən sonra fiziki formasını bərpa etmək üçün idman zalında və fizioterapevtlə gərgin proqram üzrə məşqlərə başladığını, orqanizminin də bu yükləmələrə yaxşı reaksiya verdiyini qeyd edib.
Buna baxmayaraq, əfsanəvi oyunçu ürəyinin səsinə qulaq asaraq başqa bir İtaliya komandasının formasını geyinməyi "Roma"ya xəyanət kimi dəyərləndirib. O, qərarını bu sözlərlə ifadə edib: "Daha yavaş ola bilərsiniz, amma ayağınız qocalmaz. Əsas məsələ "Roma" idi. İdman xəyanətinin yaşı yoxdur; istər 18 yaşınız olsun, istərsə də 48…"












_1790093096.jpg)
