İspaniyanın "Atletik" klubu yarımmüdafiəçisi Raul Qarsiya ilə müqavilənin müddətini uzadıb.
 
Matc.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
34 yaşlı futbolçu ilə müddəti 2022-ci ilin yayına qədər olan yeni müqavilə imzalanıb. Əvvəlki anlaşmanın müddəti bu ilin yayında başa çatacaqdı.
 
Raul Qarsiya 2015-ci ildən "Atletik"də çıxış edir. Yarımmüdafiəçi bu mövsüm meydana çıxdığı 27 oyunda 7 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest