İngiltərənin "Mançester Yunayted" klubunun zədəli hücumçusu Edinson Kavani sağalıb.
 
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə uruqvaylı hücumçunun artıq tam sağaldığı və komanda ilə birgə məşqlər etdiyi diqqətə çatdırılıb. Kavani şans veriləcəyi təqdirdə, Premyer Liqanın 29-cu turu çərçivəsində bu gün keçiriləcək "Kristal Pelas"la səfər matçında iştirak edə biləcək.
 
Kavani Premyer Liqanın 24-cü turu çərçivəsində fevralın 14-də, "Vest Bromviç"lə keçirilən səfər matçında (1:1) sıradan çıxmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest