"Məni bu festivaldan əvvəl hamı tanıyırdı. Bəs niyə burada? çünki Zlatan çətinlikləri, adrenalini sevir. özünüzü sınamasanız, qazana bilməzsiniz". Matc.az xəbər verir ki, bunu isveçli futbolçu Zlatan İbrahimoviç deyib.

San Remo Musiqi Festivalında çıxış edən "Milan"ın hücumçusu bildirib ki, karyerası boyunca 945 matçda iştirak edib və əksəriyyətində qalib gəlib: "çoxlu kuboklar qazandım, eyni zamanda bir neçəsini əldən verdim. Hər oyunda qalib gəlməsəm də Zlatanam. Zlatan olaraq qalıram, qazanıram və itirirəm. Uğursuzluq uğurun əksinə deyil, bunun bir hissəsidi. Heç bir şey etməmək ən böyük uğursuzluqdu. Zlatan bəzən səhv edirsə, siz də edə bilərsiniz".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest