Futbol üzrə Ukrayna Premyer Liqasında 17-ci turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, azərbaycanlı hücumçular – Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin formasını geyindyi "Minay" da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə Kiyev "Dinamo"su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.
 
ötən tur qırmızı vərəqə aldığı üçün cəzalı duruma düşən Nuriyev bu qarşılaşmanı buraxmaq məcburiyyətində qalıb. Rüstəm isə start heyətdə meydana çıxıb və 54-cü dəqiqədə əvəzlənib.
 
"Minay" 17 turdan sonra 13 xalla 14 kollektiv arasında 13-cü pillədə qərarlaşıb. Sözügedən komandanın ehtiyatda da bir oyunu var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest