AFFA İntizam Komitəsi Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevi 4 oyunluq cəzalandırıb. Matc.az xəbər verir ki, buna səbəb kimi 25 yaşlı hücumçunun "Sabah-2" komandasının heyətində "Qaradağ Lökbatan"la I Divizionun XVI tur matçının 63-ci dəqiqəsində baş hakim Fərid Hacıyevi təhqir etməsi göstərilib.
 
Həmin epizodda o, birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
 
İntizam Komitəsi futbolçunu I Divizionun qarşıdakı 4 oyununda iştirakdan məhrum etməklə yanaşı, klubu 320 manat cərimələyib.
 
Qeyd edək ki, görüş "Qaradağ Lökbatan"ın qələbəsi ilə yekunlaşıb - 2:1.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest