"Real"ın baş məşqçisi Zinəddin Zidan komandanın kapitanı Serxio Ramosla bağlı açıqlama verib.
 
Matc.az xarici mətbuata istinadən xəbər verir ki, fransalı mütəxəssis, Ramosun "Real"da qalmasını istədiyini deyib:
 
"Ramos xüsusi futbolçudur. Arzusu var və oynamaq istəyir. özünü yaxşı hiss edərsə, 40 yaşına kimi oynaya bilər. Futbolçu nə vaxt istəsə, onda karyerasını bitirməyə qərar verir.
 
Ramosun müqaviləsinin yenilənməsi məsələsinin necə olacağını bilmirəm. Bir məşqçi olaraq onun komandada qalmasını istəyirəm".
 
Ramosun "Real"la müqaviləsi yaya qədərdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest