Azərbaycanın qadınlardan ibarət milli komandasının futbolçusu Sevinc Cəfərzadə Rusiyanın "Krasnodar" klubuna transfer olunub.
 
Matc.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
 
27 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanılıb. Cəfərzadə sözləşməyə azad agent statuslu oyunçu kimi imza atıb.
 
O, əvvəllər "Lənkəran", "Fidan", "Zaqatala", Almaniyanın "Gerenberq", BƏƏ-nin "Abu-Dabi", Rusiyanın "Donçanka" və Rusiyanın "Yenisey" klublarının formasının geyinib. Təcrübəli forvard 2008-ci ildən Azərbaycanın U-17, U-19, U-21 yığmalarında çıxış edib. Cəfərzadə əsas milliyə 2010-cu ildən dəvət alır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest