Müğənni Eypril Ayvi İngiltərənin "Mançester Siti" klubunun mərkəz müdafiəçisi Ruben Diasla münasibətlərindən danışıb. Matc.az xəbər verir ki, 21 yaşlı müğənni RFM radiosuna müsahibəsində portuqaliyalı futbolçu ilə necə tanış olması barədə danışarkən bunları söyləyib.

"Bir tədbirdə idim. Həmin tədbirdə Rubenin qardaşı da iştirak edirdi. O, məndən Diasa şəkil göndərməyimi xahiş etdi. Münasibətlərimiz onun dərhal şəklimə baxması ilə başladı" – deyə, müğənni bildirib.

O, futbolçu ilə bir-birinə verdikləri ləqəblərdən də söz açıb: "Ruben mənə "Peddi" deyə müraciət edir. çünki mən "Paddington" cizgi filmlərini çox sevirəm. Mən isə ona "Rubs" deyirəm. çünki rəqs etməyi çox sevir".

Ayvi, iki ildən çoxdu  birgə olduğu Diasla münasibətlərində qısqanclığa yer olmadığını dilə gətirib: "Bu baxımdan çox sakitəm. İkimiz də bir-birimizə çox güvənirik. Belə olmasaydı, çox uzağa gedə bilməzdik. Ana olmaq istəyirəm, amma yaxın gələcəkdə yox. Karyeramız hələ qarşıdadır. Amma uşaq sahibi olmaq planlarımız da var".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest