Futbol üzrə Fransa yığması ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, yarımmüdafiəçi Nqolo Kante sıradan çıxıb.
 
Bu barədə Fransa Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Xəbərdə futbolçunun Dç-2022-nin seçmə mərhələsi çərçivəsində baş tutan Ukrayna ilə oyunda sol bud nahiyəsindən zədələndiyi diqqətə çatdırılıb. Bu üzdən də o, yığmadan ayrılmaq məcburiyyətində qalıb. Kante ətraflı müayinə üçün formasını geyindiyi İngiltərənin "çelsi" klubunun düşərgəsinə qayıdacaq.
 
Qeyd edək ki, Fransa yığması Ukrayna ilə ev oyunundan heç-heçə (1:1) ilə ayrılıb. Sözügedən komandanı qarşıda Qazaxıstanla, həmçinin Bosniya və Herseqovina ilə də oyunlar gözləyir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest