İtaliyanın "Yuventus" klubu üç futbolçusu – Paulo Dibala, Ueston Makkeni və Artur Ramosu cəzalandırıb.
 
Matc.az xəbər verir ki, hər üç oyunçu karantin qaydalarını pozduqları üçün "Torino" ilə matçın heyətindən çıxarılıb. Bu barədə "Football İtalia" məlumat yayıb. Bundan başqa, hər üç futbolçuya pul cəzası da verilib.
 
Makkeni bir neçə gün əvvəl evində xüsusi parti vermiş və Dibala ilə Artur da məclisdə iştirak etmişdi. İtaliyada tətbiq edilən karantin qaydalarına görə parti təşkil etmək qadağandır.
 
"Yuventus" A Seriyasının 29-cu turu çərçivəsində sabah "Torino" ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest