Futbol üzrə İngiltərə Premyer Liqasında 31-ci turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.
 
Lider “Mançester Siti” bu turda “Lids”i qəbul edib. “Şəhərlilər” bu görüşdə gözlənilməz məğlubiyyətlə üzləşiblər.
 
“Liverpul” isə “Aston Villa” ilə ev oyunundan çətin qələbə ilə ayrılıb. 
 
Ötən tur doğma meydanda autsayder “Vest Bromviç”ə uduzan “Çelsi”, bu dəfə “Kristal Pelas”la səfər oyununda darmadağına sevinib.
 
İngiltərə Premyer Liqası
31-ci tur
9 aprel
 
Fulhem – Vulverhempton 0:1
Qol: Traore, 90+2.
 
10 aprel
 
Mançester Siti – Lids 1:2
Qol: F.Torres, 76 – Dallas, 42; 90+1.
 
Liverpul – Aston Villa 2:1
Qol: Salah, 57. Aleksander-Arnold, 90+1 – Uotkins, 43.
 
Kristal Pelas – Çelsi 1:4
Qol: Benteke, 63 – Haverts, 8. Pulişiç, 10; 78. Zuma, 30.
 
11 aprel
 
15:00 Bernli – Nyukasl
17:05 Vest Hem – Lester
19:30 Tottenhem – Mançester Yunayted
22:00 Şeffild Yunayted – Arsenal
 
12 aprel
 
21:00 Vest Bromviç – Sauthempton
23:15 Brayton – Everton

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest