"Bəzi klub məşqçilərinin yığmaların oyunları ilə əlaqədar yaranan fasilələrdən xoşu gəlmi". Matç.az saytı xəbər verir ki, bu sözlər Almaniya millisinin baş məşqçisi Yoahim Löv deyib.

Təcrübəli mütəxəssis "Liverpul"u çalışdıran həmyerlisi Yurgen Kloppun Millətlər Liqasını futbol dünyasının ən mənasız turniri adlandırmasına münasibət bildirib. Löv həmkarı ilə razılaşmadığını gizlətməyib: "Liverpul", "Bavariya", "Mançester Siti" kimi klubların əksər oyunçuları müxtəlif yığmalara yollanır. Bu vaxt klub məşqçilərinin komanda ilə normal çalışmaq imkanı olmur. Milli məşqçisi kimi mənim üçün Millətlər Liqası yaxşı fikirdi. çünki burda ən yaxşı yığmalarla oynamaq imkanımız var. Millətlər Liqası "cırtdan" ölkələrin komandaları ilə yoxlama oyunları keçirməkdən yaxşıdı".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest