Futbol üzrə UEFA çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində baş tutan İngiltərənin "çelsi" klubu ilə cavab oyunu "Portu"nun hücumçusu Mehdi Taremi üçün əlamətdar olub.
 
Matc.az xəbər verir ki, o, komandasının 1:0 hesabıyla qalib gəldiyi görüşdə yeganə qolun müəllifinə çevrilib.
 
28 yaşlı futbolçu 90+4-cü fərqlənib. Bu, onun komandasına qələbə qazandırsa da, yarımfinala vəsiqə üçün yetərli olmayıb. çünki ilk oyunda Portuqaliya klubu 0:2 hesabıyla uduzmuşdu.
 
Buna baxmayaraq, Taremi vurduğu qol sayəsində çempionlar Liqasında ilkə imza atıb. O, qitənin ən nüfuzlu klub turnirinin 1/4 finalında qol vurmağı bacaran ilk iranlı futbolçu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest