"Azərbaycanla üz-üzə gəlmişik, onları yaxşı tanıyırıq. Azərbaycanla Kosovonun oyun üslubu tam fərqlidi".

"Təhlillərimiz göstərir ki, Kosovonun rəngarəng hücumu var. Onların, xüsüsən də, cinahlarını bağlamaq lazımdı. Matça qədər rəqib barədə daha yaxşı məlumat toplayacağıq". Matç.az saytının məlumatına görə, bunu Malta yığmasının müdafiəçisi Andrey Aqius deyib.

Yerli mətbuata açıqlama verən 32 yaşlı futbolçu UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Kosovo və Azərbaycanla keçiriləcək səfər oyunlarını dəyərləndirib.

"Hibernians"ın üzvü Kosovonu qrupun favoriti sayır: "Bütün oyunlar bizim üçün çətin keçir. Amma fikrimcə, qrupumuzdakı komandaların hamısından xal alacaq gücdəyik. Növbəti rəqibimiz olan Kosovo ilə çətin səfər matçı keçirəcəyik. Rəqib yüksək keyfiyyətə malikdi və qrupun favoritidi. Kosovonun heyəti bu turnirə görə çox gücüdü. Futbolçuları qitənin ən yaxşı çempionatlarında çıxış edirlər. Buna baxmayaraq, komandamız tənqidçilərin yanlış addım atdıqlarını sübut edə bilər. Bu matçda bizdən nəticə tələb edirlər. Oyun planımıza sadiq qalsaq, uğur qazana bilərik".

Aqius Azərbaycanla görüş barədə hələ düşünmədiklərini də vurğulayıb: "Azərbaycanla üz-üzə gəlmişik, onları yaxşı tanıyırıq. Azərbaycanla Kosovonun oyun üslubu tam fərqlidi. Ancaq biz indi ilk görüşə köklənmişik. Ondan sonra Bakıdakı qarşılaşmaya hazırlaşacağıq".

Qeyd edək ki, Malta yığması sabah Kosovonun, oktyabrın 14-də isə Azərbaycanın qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest