15 Aprel 2021, 15:58
ÇEMPİONLAR LİQASI
Futbol üzrə UEFA çempionlar Liqasında yarımfinal mərhələsinin təqvimi açıqlanıb. Matc.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Real" (İspaniya) – "çelsi" (İngiltərə) oyunu aprelin 27-də Madriddə keçiriləcək. Bu komandalar arasındakı cavab görüşü mayın 4-də, Londonda baş tutacaq.
Yarımfinalın digər matçı - PSJ (Fransa) – "Mançester Siti" qarşılaşması isə aprelin 28-də Parisdə keçiriləcək. Komandalar arasındakı cavab matçı bir həftə sonra – 5 mayda İngiltərədə olacaq.
Yarımfinal qarşılaşmalarının hamısına saat 23:00-da start veriləcək.