Portuqaliyanın paytaxtı Lissabonda təşkil olunmuş cüdo azrə Avropa çempionatı davam edir. Matc.az xəbər verir ki, bu gün Azərbaycanın daha 2 cüdoçusu mübarizəyə qoşulub.

Yarışın ikinci günündə 81 kq çəki dərəcəsində çıxış edən Murad Fətiyev və Hidayət Heydərov qüvvəsini sınayıb.

Fətiyev 1/16 finalda türkiyəli Vedat Albayrakla üz-üzə gəlib. İlk cəhdindəcə uduzan Murad mübarizəni erkən dayandırıb.

Heydərov isə almaniyalı Niklas Blöxl ilə üz-üzə gəlib. Bu rəqibinə qalib gələn cüdoçumuz növbəti görüşdə belçikalı Mattias Kasseyə uduzub. 

Qeyd edək ki, Azərbaycan yarışda 9 cüdoçu ilə təmsil olunur. İlk yarış günündə Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb. 

 

Avropa çempionatına aprelin 18-də yekun vurulacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest