17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Moldovanın U-18 yığması ile beynəlxalq yoldaşlıq turniri çərçivəsində ikinci oyununu keçirib.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Moldovanın U-18 yığması ile beynəlxalq yoldaşlıq turniri çərçivəsində ikinci oyununu keçirib.

Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, "Technical Center of FAM" meydançasında keçirilən qarşılaşma Moldova millisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Moldovanın U-17 komandasına 0:2 hesabı ilə uduzub. Yığmamız sentyabrın 11-də isə Latviyanın U-17 komandası ilə üz-üzə gələcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest