Qeyd edək ki, daha öncə Əli Zamanov (52 kq) 1/4, Cəlal Qurbanovla (60 kq) Murad Allahverdiyev (81 kq) 1/8 finala yüksəlib. 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçunun qatıldığı dünya birinciliyi aprelin 23-də başa çatacaq.

Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyi davam edir.
 
Matc.az xəbər verir ki, mundialın beşinci günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.
 
İlk görüşündə Maksat Jusipovu (Qırğızıstan) mübarizədən kənarlaşdıran Əzrək Bəbirov 1/8 final çərçivəsində tailandlı Panuvat çunjan-Atla üz-üzə gəlib. 56 kq çəki dərəcəsində qüvvəsini sınayan boksçumuz bu dueldən də qalib ayrılıb. O, rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib.
 
Bəbirov 1/4 finalda Aleksey Şendrixlə (Rusiya) döyüşəcək. Görüş aprelin 19-da keçiriləcək.
 
Millimizin digər üzvü – Nicat Hüseynov (49 kq) debüt qarşılaşmasında Allan Morozovu (Estoniya) sınağa çəkib. 1/8 final çərçivəsində təşkil olunan döyüşdə həmyerlimiz qələbə qazanmaqda çətinlik çəkməyib – 5:0 (30:25, 30:25, 30:27, 29:27, 29:26).
 
Onun 1/4 finalda rəqibi macarıstanlı Levent Eqedus olacaq. Hüseynov da növbəti döyüşünə aprelin 19-da çıxacaq.
 
Qeyd edək ki, daha öncə Əli Zamanov (52 kq) 1/4, Cəlal Qurbanovla (60 kq) Murad Allahverdiyev (81 kq) 1/8 finala yüksəlib. 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçunun qatıldığı dünya birinciliyi aprelin 23-də başa çatacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest