Liderlərin iki ən yaxın izləyicisinin - "Sumqayıt"la "Zirə"nin 32 xala malik olması və öz aralarındakı qarşılaşmada ən azı birinin xal itirəcəyi, mükafatçılardan ikisinin müəyyənləşməsinə səbəb olub.

Futbol üzrə Azərbaycan Premyer Liqasının mükafatçılarından ikisi bəlli olub.
 
Matc.az xəbər verir ki, "Qarabağ"la "Neftçi" 23-cü turdan sonra ilk "üçlük"də yerini təmin edib.
 
Ağdamlılar "Səbail"lə heç-heçə (1:1) sayəsində xal hesabını 47-yə çatdırıb. Paytaxt klubu isə "Zirə" üzərində qələbə (4:0) ilə aktivini 46 xala yüksəldib.
 
Liderlərin iki ən yaxın izləyicisinin – "Sumqayıt"la "Zirə"nin 32 xala malik olması və öz aralarındakı qarşılaşmada ən azı birinin xal itirəcəyi, mükafatçılardan ikisinin müəyyənləşməsinə səbəb olub.
 
Bu, "Neftçi"nin sayca 19-cu medalıdır. Bakılılar bunadək 8 qızıl, 4 gümüş və 6 bürüncə yiyələnib.
 
Ağdam təmsilçisi isə yubiley – 15-ci uğurunu təmin edib. "Qarabağ" indiyədək 8 qızıl, 3 gümüş və 3 bürünc əldə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest