Futbol üzrə İtaliya A Seriyasında 31-ci tura yekun vurulub.
 
Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.
 
"Yuventus" bu turda Berqamo səfərində "Atalanta" ilə qarşılaşıb və minimal hesabla uduzub. "Roma" da "Torino" ilə səfər oyunundan əliboş dönüb. "Milan" isə "Cenoa" ilə ev oyununda çətin qələbə qazanıb.
 
Turun mərkəzi görüşü Neapolda keçirilib. "Napoli" doğma meydanda lider "İnter"i qəbul edib. Komandalar bu oyundan hərəyə 1 xalla ayrılıblar.
 
İtaliya A Seriyası
31-ci tur
17 aprel
 
Krotone – Udineze 1:2
Qol: Simi, 68-pen – De Paul, 41; 74.
 
Sampdoriya – Verona 3:1
Qol: Yankto, 46. Qabbyadini, 73. Torsbi, 82 – Lazoviç, 13.
 
Sassuolo – Fiorentina 3:1
Qol: Berardi, 59; 62. M.Lopes, 75 – Bonaventura, 31.
 
Kalyari – Parma 4:3
Qol: Pavoletti, 39. Marin, 66. Pereyro, 90+1. çerrri, 90+4 – Petsella, 5. Kuçka, 31. Man, 59.
 
18 aprel
 
Milan – Cenoa 2:1
Qol: Rebiç, 13. Skamakka, 68-öz qapısına – Destro, 37.
 
Atalanta – Yuventus 1:0
Qol: Malinovski, 87.
 
Bolonya – Spetsiya 4:1
Qol: Orsolini, 12. Barrou, 18. Svanberq, 54; 60 – İsmayli, 34.
 
Latsio – Benevento 5:3
Qol: Depaoli, 10-öz qapısına. İmmobile, 20; 90+6. Korrea, 36. Montipo, 48-öz qapısına – Sau, 45. Viola, 62. Qlik, 85.
 
Torino – Roma 3:1
Qol: Sanabriya, 57. Zaza, 71. Rinkon, 90+2 – Mayoral, 3.
 
Napoli – İnter 1:1
Qol: Handanoviç, 36-öz qapısına – Eriksen, 55.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest