"Komanda olaraq yaxşı hazırlaşmışıq. Sabah qələbə qazanmalıyıq".

Azərbaycan milli komandasının müdafiəçisi Rüfət Abbasov UEFA Millətlər Liqası D2 qrupunun Litva ilə matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

Matc.az xəbər verir ki, 21 yaşlı sol cinah müdafiəçisi rəqib barədə və komandanın hədəfləri haqqında danışıb. Gənc futbolçu komandanın bu görüşə ciddi hazırlaşdığını vurğulayıb:

"Bizi olduqca çətin oyun gözləyir. Yalnız qələbə barədə düşünürük. Komanda olaraq yaxşı hazırlaşmışıq. Sabah qələbə qazanmalıyıq".

Qeyd edək ki, Azərbaycan - Litva qarşılaşması sabah "Palms Sports Arena"da keçiriləcək və saat 17:00-da start götürəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest