"Tambov" bu mövsüm Rusiya Premyer Liqasında keçirdiyi 23 oyunda cəmi 13 xal toplaya bilib və 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Futbol üzrə Rusiya Premyer Liqasında 26-cı turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Azər Əliyevin formasını geyindiyi "Tambov" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə Tula "Arsenal"ı ilə qarşılaşıb. "Tambov" bu oyundan məğlubiyyətlə ayrılıb - 0:4.
 
Azər də bu görüşün iştirakçısı olub. O, 65-ci dəqiqədə meydana buraxılıb.
 
"Tambov" bu mövsüm Rusiya Premyer Liqasında keçirdiyi 23 oyunda cəmi 13 xal toplaya bilib və 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest