19 Aprel 2021, 18:20
DÖYÜŞ NÖVLƏRİ
yarışda ölkəmizi Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Taleh Məmmədov (63 kq), Namaz Rüstəmov (67 kq), Xasay Həsənli (72 kq), Sənan Süleymanov (77 kq), Tuncay Vəzirzadə (82 kq) və Zamir Məhəmmədov (97 kq) təmsil edəcək.
Yunan-Roma güləşi üzrə Azərbaycan yığması Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında çıxış edəcək. Matc.az xəbər verir ki, komandamız sabah Polşaya yollanacaq. Millimiz böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında qitə birinciliyinin son 3 günündə mübarizə aparacaq.
Məsul yarışda ölkəmizi Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Taleh Məmmədov (63 kq), Namaz Rüstəmov (67 kq), Xasay Həsənli (72 kq), Sənan Süleymanov (77 kq), Tuncay Vəzirzadə (82 kq) və Zamir Məhəmmədov (97 kq) təmsil edəcək. Güləşin bu növü üzrə püşkatma mərasimi aprelin 22-də keçiriləcək.