Bu gün Avropa Basketbol Federasiyasının (FİBA Avropa) təşəbbüsü ilə təşkilatın üzvü olan bir sıra milli basketbol federasiyalarının iştirak etdiyi videokonfrans keçirilib.
 
Matc.az xəbər verir ki, onlayn-konfransda üzv ölkələrdə koronavirus xəstəliyinin dinamikası, mövcud vəziyyət və milli federasiyalarının fəaliyyəti müzakirə edilib.
 
Onlayn-konfransda çıxış edən Azərbaycan Basketbol Federasiyasının Beynəlxalq əlaqələr departamentinin rəhbəri Fərid Məmmədov ölkəmizdə mövcud vəziyyət, Azərbaycan hökümətinin həyata keçirdiyi tədbirlər və federasiyanın fəaliyyəti barədə ətraflı məlumat verib.
 
İki saat davam edən onlayn-konfransda Avropanın milli basketbol federasiyalarının rəsmiləri ilə yanaşı Beynəlxalq Basketbol Federasiyasının (FİBA) baş katibi Andreas Zagklis, FİBA Avropanın prezidenti Turqay Dəmirəl, birinci vitse-prezident Jan-Pyerre Suitat, vitse-prezidentlər Carmen Tocala və Con Qonçalves, icraçı direktor Kamil Novak iştirak ediblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest