"Hakim biabrçıdır. Ölkənin ən yaxşı komandasını yalnız belə məğlub etmək olar".

"Qarabağ" Bizon Azərbaycan Kuboku yarımfinal mərhələsinin cavab oyununda "Sabah"a 1:2 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.

Matc.az xəbər verir ki, görüşün sonuncu dəqiqəsində Ağdam təmsilçisi penalti gözləyib. "Sabah"ın futbolçusunun cərimə meydançasında əllə oynadığı epizodda 11 metrlik cərimə zərbəsinin təyin olunmaması müzakirələrə səbəb olub.

"Sabah"ın sabiq yarımmüdafiəçisi, hazırda Səudiyyə Ərəbistanının "Əl-Feyha" klubunda çıxxış edən Yassin Benzia epizoda münasibət bildirib. Əlcəzairli futbolçu bununla bağlı instaqram hesabında paylaşım edib. Benzia hakimin biabırçı olduğunu yazıb:

"Hakim biabrçıdır. Ölkənin ən yaxşı komandasını yalnız belə məğlub etmək olar".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest