20 Aprel 2021, 22:39
DÖYÜŞ NÖVLƏRİ
Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir. Matc.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın 9 idmançısı mübarizə aparıb. Onlardan biri qızıl, dördü bürünc medal uğrunda qüvvəsini sınayıb, digər 4 güləşçimiz ilk görüşünə çıxıb.
Avropa çempionatı
Sərbəst güləş
20 aprel
57 kq
Əfqan Xaşalov bürünc medal uğrunda görüşə çıxıb. O, Aryan Tsiutrinlə (Belarus) dueldən qalib ayrılaraq, Aç-ni üçüncü pillədə başa vurub.
61 kq
Əhmədnəbi Qvarzatilov 1/8 finalda Viktor Lizenlə (Almaniya) dueldən qalib ayrılıb – 10:0. O, 1/4 finalda Andrey Celeplə (Ukrayna) qarşılaşıb və 9:12 hesabıyla uduzub. Buna baxmayaraq, idmançımız təsəlliverici görüşə çıxmaq şansı qazanıb. Qvarzatilov Vladimir Yeqorovla (Makedoniya) qarşılaşacaq.
65 kq
Əli Rəhimzadə üçüncülük mübarizəsində qüvvəsini sınayıb. O, Andrey Svirid (Ukrayna) ilə qarşılaşmadan 3:2 hesabıyla qalib ayrılaraq, bürünc medala sahib çıxıb.
70 kq
Turan Bayramov final görüşündə mübarizə aparıb. Həmyerlimiz rusiyalı İsrail Kasumova uduzaraq, gümüş medalla kifayətlənib.
74 kq
Əşrəf Aşırov startda Fazlı Eryılmazla qarşılaşıb. O, 1/16 final görüşündə Türkiyə təmsilçisinə 2:3 hesabı ilə uduzub.
86 kq
Hacımurad Məhəmmədsəidov startda Artur Nayfonovla (Rusiya) üz-üz gəlib. 1/8 final görüşü güləşçimizin 2:10 hesablı məğlubiyyəti ilə başa çatıb. Məhəmmədsəidov da rəqibi uğurlu çıxış etdiyi üçün təsəlliverici görüşdə iştirak hüququ qazanıb. O, Nazim Aminlə (San-Marino) qarşılaşacaq.
92 kq
Osman Nurməhəmmədov ilk cəhdində almaniyalı Robin Ferdinandla qarşılaşıb. 1/8 final görüşündən 10:4 hesabıyla qalib ayrılan idmançımız 1/4 finalda Axmed Maqamayevlə (Bolqarıstan) qarşılaşıb. Bu rəqibini də 7:2 üstələyən Osman, yarımfinala yüksəlib. O, finala vəsiqə uğrunda Maqomed Kurbanovla (Rusiya) üz-üzə gəlib və 3:6 hesabıyla məğlub olub. Nurməhəmmədov bürünc medal görüşündə Andril Vlasov (Ukrayna) / Radoslav Marçinkieviç (Polşa) cütünün qalibi ilə münasibətlərinə aydınlıq gətirəcək.
79 kq
Rəşad Yusifli bürünc medal uğrunda görüşdə Latviya təmsilçisi Alans Amirovsa (Latviya) 3:4 hesabı ilə uduzub.
97 kq
Şamil Zubairov təsəlliverici görüşə çıxıb. O, Moldova təmsilçisi Radu Lefterlə gərgin dueldən qalib ayrılıb - 14:9. İdmançımız bürünc medal mücadiləsində gürcü Elizbar Odikadzeyə uduzub.