“Mançester Siti” hücumçu axtarışındadır. Matc.az xəbər verir ki, “şəhərlilər” “İnter”in forvardı Romelu Lukakuya elçi düşüblər. İngiltərə mediasının yazdığına görə, klub rəhbərliyi belçikalı futbolçunun transferi üçün 100 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Lukaku “İnter”ə “Mançester Yunayted”dən keçib. O, cari mövsüm İtaliya çempionatında beşi penaltidən olmaqla, 21 qol vurub.  

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest