21 Aprel 2021, 22:11
DÖYÜŞ NÖVLƏRİ
Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bu gün qadın güləşçilər mübarizəyə başlayıb.
Matc.az xəbər verir ki, ilk gündə Azərbaycan təmsilçilərindən üçü döşək üzərinə çıxıb.
2 qat dünya və 7 qat Avropa çempionu Mariya Stadnik (50 kq) ilə Səbirə Əliyevanın (76 kq) ilk görüşü 1/4 final mərhələsinə təsadüf edib. Elis Manolova (68 kq) isə mübarizəyə 1/8 finaldan başlayıb. Stadnik finala qədər irəliləyə bilsə də, digər güləşçilərimiz 1/4 finalda uduzublar.
Qadın güləşçilərdən Tatyana Varansova ilə İrina Netreba isə növbəti gün xalça üzərinə çıxacaq.
Avropa çempionatı
Qadın güləşi
21 aprel
50 kq
1/4 finalda Yekaterina Poleşçuk (Rusiya) ilə qarşılaşan Mariya Stadnik rəqibini 11:0 hesabıyla məğlub edərək yarımfinala yüksəlib. O, finala vəsiqə uğrunda Oksana Livaçla (Ukrayna) üz-üzə gəlib və 10:4 hesabıyla üstün olub. Stadnik sabah baş tutacaq final görüşündə Miqlena Selişka (Bolqarıstan) qarşılaşacaq.
68 kq
1/8 finaldan mübarizəyə başlayan Elis Manolova startda Tindra Syoeberq (İsveç) ilə dueldən 10:2 hesabıyla qalib ayrılıb. Amma o, növbəti mərhələdə Nesrin Başa (Türkiyə) 3:7 uduzub.
76 kq
Səbirə Əliyeva isə 1/4 finalda Epp Maee (Estoniya) ilə görüşdən məğlub ayrılıb - 0:10.
Sərbəst güləş
Bu gün eyni zamanda sərbəst güləşin 5 çəki dərəcəsi üzrə təsəlliverici və medal görüşləri baş tutub. Azərbaycan təmsilçilərindən Əhmədnəbi Qvarzatilov (61 kq) və Hacımurad Məhəmmədsəidov (86 kq) təsəlliverici, Osman Nurməhəmmədov (92 kq) bürünc medal görüşünə çıxıb. Qvarzatilovla Məhəmmədsəidov medalsız qalıb. Nurməhəmmədov isə bürünc medal qazanıb.
61 kq
Əhmədnəbi Qvarzatilov bu gün təsəlliverici görüşə çıxıb və bolqar güləşçini mübarizədən kənarlaşdırıb. Dünya çempionu Beka Lomtadzeylə gərgin keçən mübarizədən məğlub ayrılan Əhmədnəbi 5-ci yerlə kifayətlənib.
86 kq
Hacımurad Məhəmmədsəidov bu gün təsəllivercigi görüşdə Nazim Amin (San-Marino) ilə qarşılaşmalı olsa da, zədələndiyi üçün görüşə çıxmayıb.
92 kq
ötən gün finalın bir addımlığında dayanan Osman Nurməhəmmədov bu gün bürünc medal görüşünə çıxıb. O, Andril Vlasov (Ukrayna) ilə görüşdə 5:0 hesabıyla qalib gəlib və bürünc medala sahib çıxıb.