Polşanın paytaxtı Varşavada təşkil olunan Avropa çempionatı davam edir. Matc.az xəbər verir ki, bu gün Azərbaycanın daha 2 qadın güləşçisi mübarizəyə başlayıb.
İrina Netrebanın ilk görüşü 1/8 finalda belaruslu Tatyana Pavlovaya qarşı olub. O, həm bu rəqibini, həm də Bolqarıstandan olan Sofiya Georgiyevanı məğlub etməyi bacarıb. Amma yarımfinalda Ukrayna təmsilçisinə uduzub. İrina sabah bürünc medal uğrunda güləşəcək.
Tatyana Varansova isə 1/4 finalda rusiyalı Olqa Xoroşavtsova ilə üz-üzə gəlib və startdaca uduzub. Buna baxmayaraq, o, sabah bürünc medal qazanmaq şansı əldə edib.
Dünən finala yüksələn Mariya Stadnik qızıl medal görüşünə çıxıb. O, Bolqarıstan təmsilçisinə qalib gələrək Avropa çempionu olub.
Səbirə Əliyeva isə bürünc medal görüşünə çıxıb. O, Fransa güləşçisinə uduzaraq medalsız qalıb.
Avropa çempionatı
22 aprel
53 kq
1/4 final: Tatyana Varansova - Olqa Xoroşavtsova (Rusiya) 0:4
Bürünc medal görüşü: Tatyana Varansova - Yuliya Leorda (Moldova)
65 kq
1/8 final: İrina Netreba - Tatyana Pavlova (Belarus) 2:0
1/4 final: İrina Netreba - Sofiya Georgiyeva (Bolqarıstan) 10:4
1/2 final: İrina Netreba - Tatyana Rijko (Ukrayna) 1:11
Bürünc medal görüşü: İrina Netreba - Krişta İnçe (Rumıniya) / Lyubov Ovçarova (Rusiya)
50 kq
Final: Mariya Stadnik - Miqlena Selişka (Bolqarıstan) 7:2
76 kq
Bürünc medal uğrunda görüş: Səbirə Əliyava - Vanessa Veskan (Fransa) 0:13