24 Aprel 2021, 17:00
DÖYÜŞ NÖVLƏRİ
Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatı davam edir.
Matc.az xəbər verir ki, bu gün Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mübarizəyə qoşulub.
Xasay Həsənli (72 kq) təsnifat mərhələsindən mübarizəyə start verib. O, Moldova güləşçisi ilə görüşdən qalib ayrılıb. Lakin 1/8 finalda serbiyalı rəqibi ilə duel güləşçimizin məğlubiyyəti ilə bitib.
Namaz Rüstəmov (67 kq) və Tuncay Vəzirzadə (82 kq) yarışa 1/8 final mərhələsindən qoşulub. Namaz serb rəqibi ilə dueldən məğlub ayrılıb. Tuncay isə ilk görüşünü moldovalı güləşçiyə qarşı keçirib və qalib gəlib. Amma o da növbəti görüşündə gürcü güləşçiyə məğlub olub.
Murad Bazarov (60 kq) və Zamir Məhəmmədovun (97 kq) ilk görüşü isə 1/4 final mərhələsinə təsadüf edib. Onların hər ikisi startdaca uduzub.
Avropa çempionatı
Yunan-Roma güləşi
24 aprel
60 kq
1/4 final: Murad Bazarov - Qleb Makaranka (Belarus) 1:3
67 kq
1/8 final: Namaz Rüstəmov - Mate Nemes (Serbiya) 0:6
72 kq
Təsnifat: Xasay Həsənli - Valentin Petiç (Moldova) 5:3
1/8 final: Xasay Həsənli - Aleksandr Maksimoviç (Serbiya) 2:3
1/8 final: Xasay Həsənli - Aleksandr Maksimoviç (Serbiya) 2:3
82 kq
1/8 final: Tuncay Vəzirzadə - Mixail Bradu (Moldova) 6:3
1/4 final: Tuncay Vəzirzadə - Alvenqo Rikadze (Gürcüstan) 2:5
1/4 final: Tuncay Vəzirzadə - Alvenqo Rikadze (Gürcüstan) 2:5
97 kq
1/4 final: Zamir Məhəmmədov - Balaş Kiss (Macarıstan) 0:4