25 Aprel 2021, 00:00
DÖYÜŞ NÖVLƏRİ
Azərbaycan boks yığmasının üzvü Lorenso Sotomayor matc.az saytını məhkəməyə verməyə hazırlaşır. Bu barədə əməkdaşımıza kubalı legionerin özü məlumat verib. Onun hüquq-mühafizə orqanlarına üz tutmasına səbəb haqqında saytımızda gedən xəbərdi.
2016-cı ildə Rio de Janeyroda keçirilmiş Yay Olimpiya Oyunlarında gümüş medal qazanan idmançı bildirib ki, instaqram sosial şəbəkəsində açdığı canlı yayımı ictimailəşdirmək qanuna ziddi: "O yazı ilə nə etmək istəyirsən? Niyə istimailəşdirirsən? Yazdığın yalana görə, səni məhkəməyə verəcəm. Sən yalanın nə olduğunu biləndə, mən pivə içirdim".
Sotomayor əməkdaşımıza məsləhət də verib: "Belə çıxır ki, sənin şəxsi həyatın yoxdu. Başqalarının həyatı ilə məşğul olmağa çalışırsan. Sənə məsləhət verim, xoşbəxt olmağa çalış. Dostum pivə almağı istəmişdi. Mən də onun naharı üçün aldım. özüm üçün deyildi. İstəsən, sənin üçün də pivə alaram. Amma mən içmirəm".
Qeyd edək ki, matc.az Sotomayorun canlı yayımda pivə içdiyini deyil, spirtli içki nümayiş etdirdiyini yazıb. Bu üzdən onun məhkəməyə hansı əsasla müraciət edəcəyi maraqlıdı.