25 Aprel 2021, 22:38
DÖYÜŞ NÖVLƏRİ
Namaz Rüstəmov (67 kq) və Zamir Məhəmmədov (97 kq) da uğursuz çıxış edib. Amma rəqibləri finaladək irəlilədiyi üçün hər iki güləşçimiz üçün bürünc medal şansı yaranıb.
Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir. Matc.az xəbər verir ki, altıncı yarış günündə son 5 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.
Onlardan Murad Bazarov (60 kq), Xasay Həsənli (72 kq) və Tuncay Vəzirzadə (82 kq) mübarizəni erkən dayandırıblar.
Namaz Rüstəmov (67 kq) və Zamir Məhəmmədov (97 kq) da uğursuz çıxış edib. Amma rəqibləri finaladək irəlilədiyi üçün hər iki güləşçimiz üçün bürünc medal şansı yaranıb. Namazov aprelin 25-də təsəlliverici görüşə, Zamir isə bürünc medal görüşünə çıxıb. Onlar bu görüşərdən də məğlub ayrılıblar və medalsız qalıblar.
67 kq
1/8 final: Namaz Rüstəmov - Mate Nemes (Serbiya) 0:6
Təsəlliverici görüş: Namaz Rüstəmov - Zaur Kabaloyev (İtaliya) 2:2*
97 kq
1/4 final: Zamir Məhəmmədov - Balaş Kiss (Macarıstan) 0:4
Bürünc medal görüşü: Zamir Məhəmmədov - Nikalay Stadub (Belarus) 1:3