İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messinin ailəsi ABŞ-ın Florida ştatının Sanni-Ayls-Biç şəhərində elit mənzil alıb.
 
Matc.az xəbər verir ki, bu barədə "The Real Deal" nəşri məlumat yayıb.
 
Messinin ailəsi Kollinz küçəsində yerləşən "Regalia" yaşayış binasının bütün 9-cu mərtəbəsini alıb. Ailə bunun üçün 7,3 milyon dollar ödəyib.
 
Mənzildə 4 yataq otağı, 4 vanna otağı, 195 kvadratmetr terras və 1000 şüşə qablıq şərab soyuducusu var.
 
Messi "Forbes" jurnalında 2020-ci ilin ən yüksək ödənişli idmançıları siyahısında 3-cü yerdə göstərilib. Argentinalı hücumçu ötən il məvacib və bonuslarla birlikdə 104 milyon dollar qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest